“Liverpul”un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager “Çelsi”nin trasnfer siyasəti hazqda danışıb.
QÜTB.AZ xəbər verir ki, əfsanə London klubunu transfer siyasətini dəyişməyə çağırıb.
“Çelsi” sadəcə oyunçu almağı dayandırmalı və oyunçular da bu kluba getməyi dayandırmalıdır. Mən oyunçu olsaydım, düşünərdim: “Niyə ora getməliyəm?” Buna yeganə səbəb agentin “Biz çoxlu pul üçün yeddi illik müqavilə bağlayırıq, bu, yeddi il zəmanətli puldur” deməsidir.
Bu, gənc və maraqlı komanda deyil. Joao Feliksi alırlar, bəs o, harada oynayacaq? Pedro Netonu bir həftə əvvəl alıblar, amma Koul Palmer olanda o, harada oynayacaq? 100 milyon funta alınan Entso Fernandesi hansı mövqeyə buraxacaq? Nkunku harada oynayacaq?
Güclü komandalar rəqabət aparmalıdırlar, amma mənim komandalarımın hər birində hər həftə oynayacağını bilən 7 və ya 8 oyunçu var idi. Altı və ya yeddi oyunçu heyətdə üç yer uğrunda mübarizə aparırdı, digər altı və ya yeddi oyunçu onların birinci komanda oyunçuları olduğunu bilirdi. Bu, sağlam vəziyyətdir.
Feliksin harada oynayacağını soruşmaq istəyirsinizsə, o zaman əks sualım var: o, bazada paltarını harada dəyişməlidir? Bütün oyunçular bir soyunub-geyinmə otağına necə sığa bilər?”, – Karrager bildirib.