İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın radikal “Hizbullah” qruplaşmasının komandirləri Yəməndədir.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Nəşr dörd regional və iki İran mənbəsinə istinadən bildirib ki, komandirlər husilərə Qırmızı dənizdə üzən gəmilərə edilən hücumların idarə edilməsi və nəzarətdə saxlanmasına kömək edirlər. Başqa bir sözlə husilərə ciddi təlim keçirlər.
Bundan başqa husiləri silahlandıran və maliyyələşdirən İran, oktyabrın 7-də İsrailə hücumdan sonra başlayan Qəzza müharibəsi zamanı “HƏMAS” və milislərə silah satışını artırıb.