15.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Juninyo Braziliyada tibbi müayinədən keçdi: Lakin...

15 yan 2025 11:00
İDMAN
ads
Advertisement

"Qarabağ"ın futbolçusu Juninyo "Flamenqo"da tibbi müayinədən keçib.

QÜTB.AZ xəbər verir ki, nəticələr hazırda ABŞ-də təlim-məşq toplanışında olan nümayəndə heyətinə göndərilib. Bu barədə "Globo" məlumat yayıb.

28 yaşlı hücumçu komandanın təlim-məşq toplanışına qatılmayacaq. Çünki "Flamenqo" yanvarın 19-da Braziliyaya dönəcək. Futbolçunun transferi rəsmiləşmədiyindən və sənədləri hazır olmadığından, bu, mümkün olmayıb.

Juninyo məhz komanda qayıtdıqdan sonra ictimaiyyətə təqdim ediləcək və məşqlərə başlayacaq. Onun yanvarın 25-də "Volta Redonda" ilə görüşdə debüt edəcəyi gözlənilir.

Qeyd edək ki, "Flamenqo" bu transferə görə "Qarabağ" hissə-hissə 5 milyon avro ödəyəcək. Futbolçunun özü ilə 4 illik müqavilə imzalanacaq. Onun bir mövsüm üçün məvacibi 2 milyon avro olacaq.

Qutb

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur