İsrail ordusu (IDF) 8 sentyabr 2024-cü ildə Suriyanın Həma əyalətinin Masyaf şəhəri ərazisində yüksək dəqiqlikli raketlərin istehsalı üzrə təxribat əməliyyatı həyata keçirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
“Basqının hədəfi Suriya ərazisinin dərinliklərində İran tərəfindən maliyyələşdirilən və dəstəklənən yeraltı kompleks olub. Bu kompleks İranın İsrailin şimal sərhədindəki terror qruplarını silahlandırmaq səylərində qabaqcıl layihə idi”, - yəhudi ordusunun bəyanatında deyilir.
Bu kompleksin "Hizbullah" hərəkatını və İranın digər müttəfiqlərini təchiz etmək üçün raketlərin yığılması üçün istifadə edildiyi iddia edilir.
Əməliyyat bir neçə ay idi ki, planlaşdırılırdı. İcraçılar qismində “Şaldağ” hərbi xüsusi təyinatlıları təyin edilib və onlara İsrail aviasiyası və donanması dəstək verib. Kəşfiyyat qrupları itki verməyiblər.
Hüseyn İbadlı