İctimai yerlərdə rastlaşdığı qadınların fotolarını gizli şəkildə çəkib "TikTok"da yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, həmin şəxsin barəsində 30 sutka inzibati həbs qərarı verilib.