Bu yay "Çesli" rəhbərliyi Münhen klubunun hücumçusu Harri Keyni almaq üçün "Bayern"ə təklif göndərmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “Football London” məlumat yayıb.
Mənbənin sözlərinə görə, ingilis hücumçu cari mövsümdə Münxen klubu ilə titul qazana bilməsə, Keynin gələn yay “Çelsi”yə keçmə şansı artacaq.
Xatırladaq ki, ötən yay Münxen klubuna keçməzdən əvvəl Keyn Londonun digər komandası "Tottenhem"də çıxış edirdi.
Futbolçunun "Bayern"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Futbolçunun bazar dəyəri isə 110 milyon avrodur.
Heybət