İspaniyanın məşhur kurort adasında yerləşən Mayorkada yerli sakinlər kütləvi turizm əleyhinə nümayiş keçiriblər.
Publika.az xəbər verir ki, polisin məlumatına görə, aksiyada 20 minə yaxın insan iştirak edib.
“Kütləvi turizm öz adasında yaşamaq imkanı olmayan yerli sakinlər üçün çətinliklər yaradır, çünki turist mənzilləri səbəbindən qiymətlər qalxır. Turistlər yayda çimərlikləri doldurur və dövlət xidmətlərini çətinləşdirir”, - nümayiş təşkilatçılarından biri "Reuters" agentliyinə bildirib.
Cəmilə