19.04.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Türkiyəni tərk edən suriyalıların sayı

17 apr 2025 02:00
DÜNYA
ads

Suriyada hakimiyyət dəyişəndən sonra 175 mindən çox qaçqın Türkiyəni tərk edərək vətəninə dönüb.

 

Qutb.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

 

Nazir xatırladıb ki, Türkiyə Suriyada münaqişə başlayandan suriyalıların “könüllü, təhlükəsiz, layiqli və planlı şəkildə evlərinə qayıtmağının” tərəfdarı olub.

 

Türkiyə DİN rəhbəri qeyd edib ki, 2024-cü il dekabrın 9-da səhər saatlarında suriyalı qaçqınlar sərhəd-nəzarət keçid məntəqələrinə axışmağa başlayıblar. “Həmin andan etibarən 175 512 suriyalı qardaşlarımız və ya 33 730 ailə vətəninə qayıdıb”, - deyə türkiyəli nazir vurğulayıb.

 

Yerlikaya əlavə edib ki, ümumilikdə, 2017-2025-ci illər ərzində 915 515 qaçqın könüllü olaraq Suriyaya geri qayıdıb.

 

O, eyni zamanda, Suriyanın şimalındakı qaçqın düşərgələrində Qəzza sektorunun sakinlərinin yerləşdiriləcəyi ilə bağlı planlara dair bəzi media orqanlarının xəbərlərini təkzib edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur