80 yaşlı aktyor O Yen Sunun təcavüz iddiası üzrə məhkəməsi başa çatıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, yerli məhkəmə aktyoru 8 ay şərti həbs cəzasına məhkum edib.
O, təcavüzkarlar üçün nəzərdə tutulmuş proqramı da tamamlamalıdır.
Xatırladaq ki, 2021-ci ilin dekabrında bir qadın aktyora qarşı məhkəmə iddiası qaldırıb. Aktyor qadına toxunduğu ilə bağlı ittihamları rədd edib.
O Yen Sun “Kalmar oyunu” serialındakı təqaüdçü rolu ilə tanınır.