15.11.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Qasırğaya görə fövqəladə vəziyyət elan edildi

15 noy 2025 19:00
DÜNYA
ads
Advertisement

Uelsin cənub-şərqində yerləşən Monmut şəhərində “Klaudiya” qasırğasının yaratdığı güclü və genişmiqyaslı daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

 

Qutb.az xəbər verir ki, qərarın verilməsindən sonra xilasedicilər evakuasiya, xilasetmə əməliyyatları və sakinlərlə bağlı təhlükəsizlik yoxlamaları aparırlar. Böyük Britaniyada həftəsonu yağışlı hava şəraitinin davam edəcəyi, gələn həftə isə kəskin soyuq havanın gözlənildiyi bildirilir. İngiltərə üzrə təxminən 50 daşqın xəbərdarlığı, Uels üzrə isə 9 xəbərdarlıq qüvvədədir.

 

Monnou çayının daşması nəticəsində Monmut şəhər mərkəzində bir çox ev və iş yeri su altında qalıb. Yerli sakinlərin bir hissəsi həyat üçün təhlükə xəbərdarlıqları fonunda şəhər kitabxanasına təxliyə edilib.

 

Şəhər üzrə deputat Martin Nyuel bunu son 20–30 ildə Monmutda müşahidə olunan ən ağır vəziyyət adlandıraraq, zərərçəkənlər üçün son dərəcə kədərləndiyini deyib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur