Rusiyada 13-cü mərtəbədən yıxılan 22 yaşlı qadın yüngül xəsarətlərlə sağ qalıb.
Publika.az xəbər verir ki, hadisə iyulun 18-i Novosibirskdə baş verib.
Qadının yıxıldıqdan sonra ağciyərlərində problem yarandığı bildirilib. Onun təcili yardıma da təkbaşına piyada getdiyi qeyd edilir.
Qadının yıxılma səbəbi hələlik məlum deyil.
Roza Şəfiyeva