Metyu Kruksun ABŞ-ın keçmiş prezidenti Donald Trampı vurmaq üçün istifadə etdiyi tüfəng qanuni alınıb.
Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
"Tüfəngin izləri şübhəlinin atasına gətirib çıxarır, silah qanuni alınıb", - məlumatda deyilir.
Bundan əvvəl Metyu Kruksun reabilitasiya mərkəzində işlədiyi bildirilirdi.
Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib . Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.
Atıcı məhv edilib və şəxsiyyəti müəyyən edilib. FTB-nin məlumatına görə, o, Pensilvaniya ştatından olan 20 yaşlı Tomas Metyu Kruksdur.
"New York Post" mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb .
Hüseyn İbadlı