"Qarabağ" "transfer bombası"nı partladır: Sadəcə 1 sənəd qaldı
Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava: məşhur sahibkarın oğlu həbs olundu
Başlamamış bitən müharibə: İsrailin əsl məqsədi nə idi? - ŞƏRH
"Uzun illərdir İranın və İsrailin ideoloji xüsusiyyətləri özündə əks etdirən kölgə savaşı bir neçə gün əvvəl vasitəsiz qarşıdurma ilə yeni bir formada yadda qaldı. Tərəflərin fərqli niyyətləri və mənfəətləri üzərində planlaşdırılan bu münaqişə müharibəyə çevrilmədi. İranın İsrailə qarşı pilotsuz uçuş aparatları (PUA) və raketlər vasitəsilə etdiyi hücumunun əksər hissəsi zərərsizləşdirildi".
Bu sözləri Qütb.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov aprelin 14-nə keçən gecə İranın İsrail ərazisinə hücumunu şərh edərkən söyləyib.
Şərhçinin sözlərinə görə, hücumdan sonra İranın BMT-dəki Daimi Nümayəndəliyi "İndi bu məsələ bitmiş hesab olunur. İsrail növbəti dəfə səhv etsə, İranın cavabı daha sərt olacaq" bəyanatı isə müharibənin başlamamış bitdiyinə işarə idi:
"İranın sözdə qisas əməliyyatının başlamasına səbəb isə aprelin 1-də İsrailin Suriyanın paytaxtı Dəməşqdə yerləşən İranın konsulluğunu vurması nəticəsində içərisində 2 general olmaqla 7 nəfərin ölməsi idi.
Maraqlı məqamlardan biri də İranın hər zaman təriflədiyi və heç kimin qarşısını ala bilməyəcək dediyi ballistik raketlərin hucum zamanı böyük əksəriyyətinin zərərsizləşdirilməsi idi. Burada o zaman bir neçə fikir ortaya çıxır ya İsrail hərbi sənaye cəhətdən olduqca inkişaf edib, ya İran atdığı raketlərin koordinatları barədə qarşı tərəfi məlumatlandırıb, ya da Tehranın dediyi kimi həmin raketlər effektiv deyil.
Xatırlayırıqsa, Həmas müharibədən əvvəl İsrailə xeyli sayda raketlər ataraq ciddi zərər vurmuşdu. Halbuki İranın hərbi potensialı bundan qat-qat çoxdur və güclüdür.
Bir neçə gün əvvəl isə İsrailə hücum zamanı atılan raketlərin demək olar ki, heç bir ciddi narahatlıq yaratmadı. Bütün bunlar İranın qisas vədinin daxili auditoriyaya hesablandığını, razılaşdırılmış olduğunu, göstəriş naminə edildiyini göstərdi".
Elmir Səftərov əlavə edir ki, İranın dünyada özünü güclü göstərməsi üçün İsrail kimi düşmənə ehtiyacı var:
"Bu qarşıdurmanın İran və İsrail üçün mənfi tərəfləri olsa da, fərqli istiqamətlərdə xeyirləri də oldu. İran Qərb və İsrail ilə mübarizə aparan dövlət kimi ölkə daxilində ideoloji birlik formalaşdırdı, əhaliyə İsrailin arxasında Böyük Britaniya, ABŞ dayansa da, biz onu vura biləcək gücdəyik fikrini aşıladı. Bu da İranda əhalini dövlətə yaxınlaşdırmaq üçün istifadə olunan vasitələrdən biridir.
İsrailin isə Fələstində törətdiyi cinayətlərinə görə artan beynəlxalq təzyiqləri müəyyən qədər kompensasiya etmək üçün qısa "müharibə" oyununa ehtiyacı var idi. Bunu da ən yaxşı İranla edə bilərdi. Həmçinin beynəlxalq ictimaiyyətin humanitar məsələlər üçün Qəzzadakı qətliamlarla bağlı təzyiqləri, sözdə də olsa ABŞ-ın xəbərdarlıqları İsraili qorxulu “İran təhlükəsi” bəhanəsindən fəal şəkildə istifadə etməsi nəticəsində konpensasiya etdi, beləliklə, Tel-əvivin Fələstin məsələsində müttəfiqlərindən həm diplomatik, həm də hərbi dəstək almasına imkan yaratdı. Eyni zamanda, İranın atdığı raketləri zərərsizləşdirən İsrail hərbi cəhətdən güclü dövlət obrazını daha da artırdı, Tehranın uğursuzluğu fonunda diqqətləri üzərinə çəkə bildi".
Şərhçi sonda vurğulayır ki, baş verən qısa proseslər İranın cavab tədbirinin simvolik və “zərərsiz” olmasını deməyə əsas verir. Bu da İranın münaqişənin genişlənməsinin qarşısını almaq üçün atdığı addım kimi xarakterizə olunur.