Macarıstanın baş naziri Viktor Orban Brüsseli imperializmdə ittiham edib.
Publika.az xəbər verir ki, o, bu barədə “Le Point” nəşrinə müsahibəsində bildirib.
Orban “The Financial Times” qəzetinin Avropa İttifaqının Macarıstan iqtisadiyyatına qarşı addım atmaq cəhdləri barədə məlumatını şərh edib. Onun fikrincə, sənəd orijinaldır, çünki Avropa rəsmiləri belə hərəkətlərə qadirdirlər.
“Biz özümüzü suveren ölkə kimi aparsaq, onlar Ukrayna məsələsini qanunun aliliyi ilə əlaqələndirəcəklər. Bu iki sualın bir-biri ilə heç bir əlaqəsi yoxdur! Armageddon Macarıstanın başına gələcək”, - deyə siyasətçi bildirib. O vurğulayıb ki, bu, Avropa İttifaqının imperializmə meylinin və assosiasiya üzvlərinin iradəsini zorlamasının təzahürüdür.
Orbanın sözlərinə görə, Britaniya Avropa İttifaqından çıxdıqdan sonra birlik öz iradəsini üzv ölkələrə daha çox diktə edir.
Cəmilə