PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Kilian Mbappenin klubdan ayrıldığını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Həftə sonu bir sıra görüşlər keçirdiyi Dohaya səfəri zamanı o, Mbappenin “Real”la 100% razılaşdığını təsdiqləyib.
Xatırladaq ki, Mbappenin PSJ ilə hazırkı müqaviləsi bu yay başa çatacaq. Futbolçu müqaviləni yeniləmək fikrində deyil, ona görə də azad agent kimi komandadan ayrılacaq.
Qeyd edək ki, bu mövsüm Kilian bütün turnirlərdə 30 oyun keçirib, 31 qol vurub və 7 məhsuldar ötürmə edib.