31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Xüsusi anti-Azərbaycan layihəsinin rəhbəri: Onu 2014-cü ildə Bakıda niyə saxlayıblar?

06 fev 2024 13:00
GÜNDƏM
ads

Son günlər xaricdə yaşayan mühacir azərbaycanlı jurnalistlərin müxtəlif layihələrdə fəallaşması qeydə alınır. Bəzi layihələrin maliyyə mənbəyinin elə Qərbdəki fondlar olması da sirr deyil. Amma deyəsən, Qərbin, konkret halda, Fransanın Azərbaycan ictimai rəyi ilə işləmək üçün başqa planları da var. Xəbər verildiyi kimi, bu məqsədlə “Forbidden Stories” (“Qadağan olunmuş hekayələr”) beynəlxalq media şəbəkəsi də qurulub.

Bu barədə məlumatda deyilir iki, “Forbidden Stories” “öldürülən, həbs edilmiş və təhlükə altında olan jurnalistlərin işinə” fokuslanan araşdırmaçı jurnalistlərin beynəlxalq şəbəkəsidir. Yəni təqdimatında da məqsəd elan olunur -Azərbaycan haqda mümkün qədər tünd boya ilə işlənmiş materiallar yaymaq. Yazılar "The Baku Connection" (Bakı ilə əlaqə) adlı layihəsi çərçivəsində dərc olunur.

“Forbidden Stories” şəbəkəsinin direktoru Laurent Riçard adlı fransalı jurnalistdir. Layihə “Paper Trail Media”nın həmtəsisçiləri və direktorları, Pulitzer mükafatı laureatları, Bastian Obermayer və Frederik Obermayer, OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Reportajı Layihəsi) baş redaktoru Miranda Patruçiç tərəfindən də dəstəklənir.

Layihə 15 qlobal media təşkilatını və 40 jurnalisti bir araya gətirməyə müvəffəq olub: “France 24”, RFI, OCCRP, “Paper Trail Media”, “The Guardian”, RTS, IRPI , “Le Monde”, “Radio France”, “Knack”, “Le Soir”, NRC, ZDF və “Der Standard”.

Şəbəkə “Freedom Voices Network” adı ilə Fransada qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatı tərəfindən maliyyələşdirilir. Maliyyə xeyriyyə fondları və şəxsi ianələrlə formalaşdırılır.

Aydındır ki, belə miqyaslı layihəni himayə edən tərəfin (indiki halda Fransanın) xüsusi maraqları var. Seçkiqabağı və seçkidən sonra bu layihə ölkəmiz haqda mənfi rəy yaratmaq üçün Azərbaycana təzyiq üçün geniş istifadə ediləcək və s. Amma layihəyə cəlb edilmiş şəxslərin, xüsusən də layihə rəhbərinin də şəxsi motivləri var.

L.Riçard kimdir?

2014-cü ildə Fransa prezidenti Frans Ollandın Bakıya rəsmi səfərini işıqlandıran iki jurnalist - Laurent Riçard və Emmanuel Bach Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanıblar. Saxlanan jurnalistlərin çəkiliş avadanlığı və materialları, yaddaş kartları əllərindən alınıb. Saxlanılanlar bunun səbəbini belə izah ediblər ki, Azərbaycan tərəfi çəkiliş və müsahibələrdə insanların görünməsini istəmirlər. Əslində isə bəlli olmuşdu ki, Ollandın rəsmi səfərini işıqlandırmaq üçün gəlmiş jurnalistlər burda “insan haqları və demokratiya haqda”, daha doğrusu Azərbaycanda demokratiyanın olmaması haqda hay-küylü süjet hazırlamaq istəyiblərmiş.

Xatırladaq ki, Frans Olland 2014-cü il mayın 12-də Bakıya səfərə gəlmişdi. İkigünlük səfər müddətində o, hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmüşdü

2015-ci ildə prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri zamanı bir radio yayımında isə jurnalist L.Riçard Azərbaycanın "diktatorluq" və İlham Əliyevin "zülmkar" olduğunu deyib. 2017-ci il noyabrında Fransa məhkəməsi Azərbaycanı "diktatorluq" adlandırdıqlarına görə Bakının iki fransız jurnalistə qarşı qaldırdığı diffamasiya ittihamını rədd edib.

Parisin Nanterre rayonunda yerləşən məhkəmənin qərarından sonra L. Riçard “Facebook” səhifəsində yazırdı: "Artıq rəsmidir: Azərbaycan dövlətini "diktatorluq" adlandırmaq olar və o (Azərbaycan), öz senzurasını xaricə ixrac edə bilməz (BBC).

Beləliklə, son günlər mühacir jurnalistlər arasında müşahidə olunan rəqabət, “kim daha sərt danışar?” yarışı özləri üçün faydasızdır; Paris nə kampaniyanı, nə də maliyyəni onlara etibar edir. Azərbaycana qarşı artıq sınanmış, ehtiyatda saxlanan “arsenal”dan istifadə edir.

C.Quliyev


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur