13.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ

10 apr 2025 03:00
GÜNDƏM
ads
Advertisement

"Bəzi ixtisasların tədris müddətlərinin azaldılması müzakirə predmetidir".

 

Qutb.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "İctimai TV"də yayımlanan "Xəbərimiz var" proqramında qonaq olarkən deyib.

 

O bildirib ki, bu gün Azərbaycanda magistratura ikiillikdir, amma Azərbaycanda il yarımlıq magistratura proqramları da var. Xüsusən MBA üzrə belə ixtisaslar mövcuddur:

 

"Elə ixtisaslar var ki, onlarda tədris müddətinin azaldılması kifayət qədər çətin məsələdir, çünki uzunmüddətli peşəkar hazırlıq tələb edir. Amma elə sahələr də var ki, qısa müddətdə bazara hazır mütəxəssis çıxarmaq olar.

 

Bu istiqamətdə çox ciddi hazırlıqlarımız var. Sadəcə bu həm də qanunvericilikdə ciddi dəyişikliklər edilməsini tələb edən məsələlərdəndir. Bu səbəbdən proses bir az uzun çəkir, amma bunlar üzərində artıq işlər gedir və ciddi hesablamalar var". 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur