12.09.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

ABŞ Zəngəzur dəhlizi layihəsi çərçivəsində 145 milyon ayıracaq

12 sen 2025 00:00
DÜNYA
ads
Advertisement

ABŞ Ermənistana 145 milyon dollarlıq maliyyə dəstəyi ayıracaq.

Qutb.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brenden Xanrahan məlumat verib.

Vəsait “Tramp Marşrutu” (Zəngəzur dəhlizi) layihəsi çərçivəsində ilk investisiyadır.

Bildirilir ki, Xanrahan Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə regiondakı vəziyyəti, kommunikasiyaların açılması imkanlarını və layihənin əhəmiyyətini müzakirə edib.

ABŞ rəsmisi qeyd edib ki, ayrılan vəsait ticarətə investisiya, infrastrukturun inkişafı, strateji əhəmiyyətli mineralların təchizat zəncirlərinin gücləndirilməsi və sərhəd təhlükəsizliyinin təmininə yönəldiləcək.

Xatırladaq ki, “Tramp Marşrutu” ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə 8 avqustda imzalanmış sazişlərin icrasını dəstəkləyən proqramlardan biridir və Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, nəqliyyat və enerji layihələrinin genişləndirilməsini hədəfləyir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur