Azərbaycan və Qazaxıstan resQutb.azlarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Almatı şəhərində keçirilən "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təliminin avqustun 20-də açılış mərasimi keçirilib.
Bu barədə QÜTB.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iştirakçı ölkələrin hərbi qulluqçularının qatıldığı tədbirdə ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb:
"Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Sonda beynəlxalq təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub".
Qeyd edək ki, Qazaxıstan ResQutb.azsının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda keçirilən birgə təlimdə dağlıq ərazilərdə kəşfiyyat əməliyyatlarının aparılması, qanunsuz silahlı birləşmələrin aşkarlanması və zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər məşq etdiriləcək, Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətən müharibəsi və digər uğurlu əməliyyatlarda əldə etdikləri real döyüş təcrübəsini qazaxıstanlı həmkarları ilə bölüşəcəklər.