Türkiyənin Düzcə şəhərində bir xəstənin dizindən cərrahi yolla 41 "oynaq siçanı" (qığırdaq və ya sümük quruluşunun pozulması nəticəsində qırılan parçalar) çıxarılıb.
Publika.az xəbər verir ki, xəstəxanaya diz ağrısı şikayəti ilə müraciət edən xəstə müayinə olunub.
Müayinələr zamanı xüsusilə xəstənin diz oynağının ətrafında 41 "çox sinovial xondromatoz" halı aşkar edilib. Düzcə Universiteti Tibb Xəstəxanasında endoskopik üsulla edilən əməliyyatla xəstənin dizindən sözügedən hissələr çıxarılıb.
Dos. Dr. Zekeriya Okan Karaduman, Dos. Dr. Mehmet Arıcan və Dr. Müəllim Üzv Sönmez Sağlamın çıxardığı parçaların ölçülərinin bir neçə millimetr ilə santimetr arasında dəyişdiyi bildirilib.
Aysel Şahmar