Qara dənizin İstanbul sahillərində mina aşkar edilib və bu gün zərərsizləşdiriləcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
KİV-in məlumatına görə, vətəndaşlar İstanbulun Şilə rayonu, Ağva qəsəbəsi sahillərində dənizdə şübhəli əşya görüblər.
"Hadisə yerinə gələn mütəxəssislər bunun dəniz minası olduğunu müəyyən ediblər", - nəşr yazır.
Ağva çimərliyi və mayak sahəsi xüsusi nəzarətdədir.
Rusiya Federasiyası 2022-ci ilin martında bəyan etmişdi ki, Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya xüsusi əməliyyatı başlayandan sonra Odessa, Oçakov, Çernomorsk və Yujnı limanları ətrafında 420-yə yaxın mina quraşdırıb.
Minaların axın səbəbindən Boğaziçinə və Aralıq dənizi hövzəsinə gedib çıxdığı istisna edilmir.
İyul ayından Türkiyə altı ay ərzində Qara dənizdə minalardan təmizləmə üzrə işçi qrupuna başçılıq edir. Bolqarıstan, Rumıniya və Türkiyə yanvar ayında Qara dənizdə minalarla mübarizə üzrə işçi qrupunun (MCM Black Sea) yaradılması haqqında saziş imzalayıb.
Tural