Türkiyə İsveçin Şimali Atlantika Alyansına (NATO) daxil olmasını təsdiqlədikdən sonra ABŞ bu ölkəyə 23 milyard dollarlıq hərbi texnika satıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Satınalmalar Türkiyəyə F-4 təyyarələrini istismardan çıxarmağa və NATO-nun ABŞ-dan sonra ən böyük F-16 donanmasını, ölkə öz hərbi təyyarəsini inkişaf etdirənə qədər müvəqqəti tədbir olaraq modernləşdirməyə imkan verəcək”, - nəşr yazır.
Vaşinqton Türkiyəyə yüzlərlə raket və bomba, 40 yeni F-16 hərbi təyyarəsi və ölkənin mövcud təyyarələri üçün 79 dəst ehtiyat hissələri verib. Buna baxmayaraq, nəşrin vurğuladığı kimi, Ankaranın Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemindən imtina etmək istəməməsi səbəbindən iki ölkə arasında münasibətlərdə gərginlik qalmaqdadır.
Fevral ayında ABŞ Konqresi Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı müqaviləni rəsmən təsdiqləyib.
Yanvarın 26-da Türkiyə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdikdən sonra prezident Rəcəb Tayyib Ərdoğan , ehtimal ki, ölkəyə hərbi texnika tədarükünü nəzərdə tutaraq, ABŞ-dan cavab gözlədiyini bildirmişdi.
Tural