Bolqarıstan Pravoslav Kilsəsinin Patriarxı və Arxiyepiskopu, 78 yaşlı Neofit 2023-cü ilin oktyabr ayından ağciyər xəstəliyindən müalicə aldığı Sofiya Hərbi Tibb Akademiyasının xəstəxanasında vəfat edib.
Publika.az xəbər verir ki, Neofit Bolqarıstanın mərkəzindəki Troyan monastırında dəfn ediləcək və onun dəfn olunduğu gün ümummilli matəm elan ediləcək.
Pravoslav Kilsəsinin ali idarəetmə orqanı olan Ali Senodun üzvləri yeni patriarx seçilənə qədər Neofitin əvəzini təyin etmək üçün toplaşıblar.
Kilsənin daxili qaydalarına əsasən, bu vəzifənin ən yaşlı Senod üzvü, Veliko Tırnovo mitropoliti Qriqoriyə veriləcəyi gözlənilir.
Yeni patriarxın 4 ay ərzində keçiriləcək Ali Senod sessiyasında seçiləcəyi nəzərdə tutulur.
Roza Şəfiyeva