Şimali Osetiyada Şalxi poliqonu üzərində pilotsuz təyyarə vurulub.
QÜTB.AZ xəbər verir ki, bu barədə respublika başçısı Sergey Menyailo bildirib.
“Şalxi” poliqonu üzərində pilotsuz təyyarə vurulub”, - o, Telegram kanalında yazıb.
Onun sözlərinə görə, səhər saat 4-dən Şimali Qafqaz Federal Dairəsinin rayonlarında PUA təhlükəsi elan edilib. Vladiqafqazda hava limanı gəliş-gedişlər üçün bağlanıb.
İtki və dağıntı haqda məlumat yoxdur. Menyailo hamıdan sakit olmağı xahiş edib.
Adəm Abbaslı