UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura start verilib.
QÜTB.AZ xəbər verir ki, azarkeşlər ilk oyun günündə 11 görüşə şahidlik ediblər.
Almaniya “Bavariya”sı Fransanın PSJ klubunu 1:0, İspaniya təmsilçisi “Barselona” (İspaniya) isə “Brest”i (Fransa) 3:0 hesabı ilə məğlub edib.
İngiltərənin “Mançester Siti” komandası isə doğma meydanda Niderland “Feyenoord”u ilə 3:3 hesablı heç-heçə edib.
UEFA Çempionlar Liqası, Əsas mərhələ
V tur
“Slovan” (Slovakiya) - “Milan” (İtaliya) - 2:3
“Sparta” (Çexiya) - “Atletiko” (Madrid, İspaniya) - 0:6
“Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Niderland) - 3:3
“Bavariya” (Almaniya) - PSJ (Fransa) - 1:0
“İnter” (İtaliya) - “Leyptsiq” (Almaniya) - 1:0
“Barselona” (İspaniya) - “Brest” (Fransa) - 3:0
“Bayer” (Leverkuzen, Almaniya) - “Zaltsburq” (Avstriya) - 5:0
“Sportinq” (Lissabon, Portuqaliya) - “Arsenal” (İngiltərə) - 1:5
“Yanq Boyz” (İsveçrə) - “Atalanta” (İtaliya) - 1:6
Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün təşkil olunacaq.