Tacikistanda "Crocus City Hall"da baş verən terror aktının 9 mümkün iştirakçısı saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” Tacikistan xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Moskvada bu yaxınlarda törədilən terror aktının icraçıları ilə əlaqəsi olması şübhəsi ilə 9 nəfər istintaqa cəlb olunub.
Xatırladaq ki, son məlumatlara görə, “Crocus”da qurbanların sayı 382 nəfərə yüksəlib.