Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 27,6 min nəfər əhalisi olan Nuşki şəhərindən (Bəlucistan əyaləti) 68 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.