Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyevin həbsi ilə bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Qutb.az xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin İstirahət evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.
Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.
İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, İ.Haqverdiyev Bakı Hərbi Məhkəməsinin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.