Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb.
QÜTB.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı gözləyir”, - Fidan bildirib.
Fidan onu da bildirib ki, Türkiyə Rusiya prezidenti Vladimir Putinin səfərini də gözləyir.