17.10.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Süleyman Kərimovun yaxtası 300 milyon dollara satıldı

16 okt 2025 23:00
DÜNYA
ads

Rusiya milyarderi Süleyman Kərimova məxsus olduğu bildirilən “Amadea” adlı superyaxta ABŞ hökuməti tərəfindən satılıb.

Qutb.az xəbər verir ki, bu barədə Business Insider nəşri məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən müsadirə olunan 106 metrlik yaxta sentyabrın 10-da keçirilmiş qapalı hərracda naməlum alıcıya satılıb. Satış qiyməti açıqlanmasa da, nazirlik daha əvvəl “Amadea”nın dəyərini 300 milyon dollar, son müstəqil qiymətləndirmə isə 230 milyon dollar səviyyəsində göstərmişdi.

Səlahiyyətlilər yaxtanın tezliklə satılmasına tələsiblər, çünki onun saxlanması ABŞ vergi ödəyicilərinə ayda təxminən 1 milyon dollara başa gəlirdi. Xərclərə ekipajın maaşı, yanacaq və sığorta ödənişləri daxil idi.

“Amadea” 2022-ci ilin mayında ABŞ sanksiyalarına əsasən Kərimovla bağlı aparılan istintaq çərçivəsində Fici adalarında ələ keçirilib və daha sonra San Dieqoya gətirilib. 2025-ci ilin iyununda Nyu-York Federal Məhkəməsi gəminin satışına icazə verib.

Yaxta Almaniyanın “Lürssen” gəmiqayırma şirkəti tərəfindən inşa olunub. Onun altı göyərtəsi, hovuzu, iki SPA zonası, kinoteatrı, konfrans zalı, idman otağı, lobstər akvariumu və helikopter meydançası var. Əsas salonda 24 karat qızıl ilə bəzədilmiş, əl ilə rənglənmiş nadir “Pleyel” royalı yerləşir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur