Hindistan Hərbi Dəniz Qüvvələrinin “Sumitra” gəmisi “Əl Naeemi” gəmisini və onun hamısı Pakistan vətəndaşı olan 19 ekipaj üzvünü dəniz quldurlarından uğurla azad edib.
Publika.az xəbər verir ki, bu barədə Hindistan televiziyası məlumat yayıb.
Məlumata görə, yanvarın 29-da gəmi 11 Somali qulduru tərəfindən qaçırıldıqdan sonra gəmi SOS siqnalı alıb. Hindistan hərbçilərinin əməliyyatı nəticəsində bütün ekipaj üzvləri sərbəst buraxılıb.
Hindistan Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi “Sumitra” Somalinin şərqində və Ədən körfəzində dəniz quldurluğu ilə mübarizə və dəniz təhlükəsizliyi əməliyyatları üçün yerləşdirilib.
Tural