Portuqaliyalı hücumçu Kriştianu Ronaldo Avro-2024-də rəqiblərə qarşı 23 zərbə endirib və turnirdə bir dənə də olsun qol vurmayıb.
Publika.az xəbər verir ki, forvard komandasının 5 oyununda iştirak edib.
“Squawka”nın məlumatına görə, 39 yaşlı forvard Avropa çempionatında rəqib qapısına qolsuz zərbələrin sayına görə ikinci sıraya yüksəlib. Ondan əvvəl ispan Fernando Yerro 1996-cı ildə rəqib qapısına 23 zərbə endirib və 1 dəfə belə qol vura bilməyib.
Bu göstərici üzrə antirekord Ronaldonun həmyerlisi, Avro-2004-də rəqib qapısına 24 dəfə zərbə endirən və qol vura bilməyən yarımmüdafiəçi Dekoya məxsusdur.
Heybət