17.10.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Putinlə Tramp bu ölkədə görüşəcək

16 okt 2025 23:00
DÜNYA
ads
Advertisement

“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığımız çox məhsuldar oldu”.

 

Qutb.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb. Onun sözlərinə görə, Putin ABŞ-ı Yaxın Şərqdə sülhün əldə edilməsinə nail olunması münasibətilə təbrik edib.

 

“Mən əslində inanıram ki, Yaxın Şərqdəki uğur Rusiya-Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlarımıza kömək edəcək. Biz həmçinin, Ukrayna ilə müharibə bitəcəyi təqdirdə Rusiya ilə ABŞ arasında ticarət münasibətləri haqqında danışdıq. Zəngin sonunda biz razılaşdıq ki, gələn həftə yüksək səviyyəli məsləhətçilərimizin görüşü olsun. Birləşmiş Ştatların ilkin görüşlərinə dövlət katibi Marko Rubio və digər vəzifəli şəxslər rəhbərlik edəcəklər. Görüş yeri müəyyən olunacaq. Bundan sonra prezident Putinlə mən razılaşdırılmış yerdə, Budapeştdə, Macarıstanda görüşəcəyik”,- deyə Tramp bildirib.

 

Dövlət başçısı telefon zənginin detallarını sabah Ağ evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə edəcəyini vurğulayıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur