Yeddiqat "Formula 1" çempionu Mixael Şumaxerin vəkili Feliks Damm ailəsinin onun haqqında tez-tez müvafiq xəbərləri paylaşmamasına münasibət bildirib.
Publika.az xəbər verir ki, hüquq müdafiəçisi fanatların məşhur pilotun səhhəti haqqında daha çox məlumat almaq istəyinə belə reaksiya verib:
“Mən Şumaxerin özünü necə hiss etdiyini bilmək istəyən pərəstişkarlarını başa düşürəm. Amma mən də inanıram ki, azarkeşlərin böyük əksəriyyəti indiki vəziyyətlə üzləşə bilər. Qəza şəxsi həyatın toxunulmazlığına hörmət tələb edən prosesi işə salır. Bunu da müsbət hesab edirəm”.
Xatırladaq ki, Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən yıxılaraq ağır kəllə-beyin travması almışdı.
Heybət