Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı “Qütb canavarı” islah koloniyasında olan Aleksey Navalnı 15 gün müddətinə cərimə kamerasına göndərilib.
Publika.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat verib.
O, bu qərarın səbəbini açıqlamayıb.
Siyasətçi sonuncu dəfə fevralın 1-də cərimə kamerasına göndərilib, fevralın 11-də buraxılıb. Fevralın 14-də o, yenidən təcridxanaya salınıb.
"Navalnı 27-ci dəfədir ki, cərimə kamerasına göndərilir. "Ümumilikdə o, orada 308 gün keçirəcək", - Yarmış əlavə edib.
Xatırladaq ki, Aleksey Navalnı 2023-cü il dekabrın ortalarında “Qütb canavarı” koloniyasına köçürülüb.