Banqladeşdə iğtişaşçılar Şerpur rayon həbsxanasına soxularaq məhbusları azad ediblər.
QÜTB.AZ xəbər verir ki, yürüş zamanı etirazçılardan ibarət izdiham həbsxananın qapılarını sındıraraq yanğın törədib və 500-ə yaxın məhbus həbsxanadan qaça bilib.
İğtişaşçılar, həmçinin polis məntəqəsini yandırıb, bir sıra ticarət və hökumət binasına ziyan vurublar.