28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Azərbaycanda geyimə 1 MİLYARD XƏRCLƏNDİ

17 okt 2024 21:00
GÜNDƏM
ads

2024-cü ilin yanvar- sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 5 milyard 837.3 milyon manat vəsait xərclənib.

QÜTB.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çoxdur.

Qeyd edək ki, cari ilin sentyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard manata bərabər olub.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Hesabat dövründə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 316.4 milyon manat dəyərində məhsul istehsal edilib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur