Keçmiş vəkil Tamerlan Məmmədov (Soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib-red.) ResQutb.az Psixiatriya Xəstəxanasına göndərilib.
QÜTB.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, sentyabrın 19-da vətəndaş İ. Aslanova Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək onunla bağlı şikayət edib.
Şikayətçi bildirib ki, Tamerlan Məmmədov onun yaşadığı ünvana gələrək evinə işıq salıb, qəribə səslər çıxarıb, avtomobilinin üzərinə yazılar yazıb və qapısını döyərək narahat edib.
O, polis bölməsinə gətiriləndən sonra da özünü qeyri-adekvat aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs ResQutb.az Psixiatriya Xəstəxanasına dəfələrlə müalicə alıb. Bu səbəbdən də yenidən ResQutb.az Psixiatriya Xəstəxanasına göndərilib.
Qeyd edək ki, Tamerlan Məmmədov (Zeynalov) Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb, daha sonra vəkil kimi fəaliyyət göstərib. 2019-cu ildə o, dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilib, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.