29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Həbsdə olan sabiq deputatın

01 sen 2023 16:00
HADİSƏ
ads
Advertisement

Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin ittihamı ağırlaşdırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ona Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham elan edilib.

İddia olunur ki, N.Bəydəmirli Rusiyanın Lipetsk şəhərində də bir nəfərdən hədə-qorxu yolu ilə pul tələb edib.

Xatırladaq ki, N. Bəydəmirli cari ilin iyulunda həbs olunub. Belə ki, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Eks-deputata qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur