İngiltərənin baş naziri Rişi Sunak Kiyevə 2,5 milyard funt sterlinq dəyərində hərbi dəstək verib.
Publika.az xəbər verir ki, baş nazir Ukraynaya səfər edib. Sunak və Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Kiyevdə görüşüb. Onlar Kiyevə 2,5 milyard funt sterlinq dəyərində hərbi dəstəyi ehtiva edən təhlükəsizlik sazişi imzalayıb.
Razılaşmadan sonra iki lider mətbuat konfransı keçirib. Görüşün əvvəlində Zelenski Sunaka “Azadlıq ordeni” təqdim edib. Sunak Zelenskiyə təşəkkür edib:
“Müharibə nə qədər sürsə də, bu gün də, sabah da sizinləyik. Ukrayna heç vaxt tək olmayacaq”.
Hərbi dəstək sazişi kəşfiyyat, kibertəhlükəsizlik, tibbi və hərbi təlim və avadanlıqlar sahəsində əməkdaşlıq planlarını da əhatə edir. Bundan əlavə, Britaniya Rusiya tərəfindən yenidən hücuma məruz qalacağı təqdirdə Ukraynaya tez və davamlı dəstək göstərəcəyini öhdəsinə götürüb.
Roza Şəfiyeva