Kirman teraktında əli olan iki İŞİD terrorçusu təhlükəsizlik qüvvələri ilə qarşıdurmada öldürülüb.
Publika.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyinin açıqlamasında deyilir.
Bundan əlavə, terror təşkilatının bir sıra liderlərinin saxlanıldığı da bildirilir.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb.