Millətlər Liqasında Azərbaycanın yığmasının rəqibi olacaq İsveçin futbolçusu Kristian Olsson evində huşsuz vəziyyətdə tapılıb.
Publika.az xəbər verir ki, fevralın 20-də baş verən hadisədən sonra “Midtyulland”ın 28 yaşlı oyunçusu xəstəxanada dərhal süni nəfəs aparatına qoşulub.
Olssonun özünə intihar etməsi də istisna olunmur. Lakin Danimarka təmsilçisi futbolçunun kəskin beyin xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.
Qeyd edək ki, Olsson 2017-ci ildən formasını geyindiyi İsveç millisində 47 oyun keçirib. (İdman.bi)