17.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Mina problemi Hadsonda müzakirə olundu

09 apr 2025 02:00
GÜNDƏM
ads
Advertisement

ABŞ-nin Hadson İnstitutunda Azərbaycandakı mina problemi və təhdidi ilə mübarizə səyləri müzakirə olunub.

 

Qutb.az xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı diplomatik missiyasının sosial şəbəkə hesabında bildirilib.

 

Qeyd olunub ki, paytaxt Vaşinqtonda Hadson İnstitutunda təşkil edilmiş dəyirmi masa müzakirəsində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycanın Xarici İşlər Nazirliyindən nümayəndə heyəti və diplomatik nümayəndələr iştirak edib.

 

“Müzakirədə Azərbaycanda humanitar minatəmizləmə əməliyyatları, istifadə olunan avadanlıq və texnikalar, həmçinin donorların rolu vurğulanıb. Azərbaycanda davam edən mina problemi və təhdidi ilə mübarizə səyləri haqqında ətraflı təqdimat da keçirilib. Təəssüf ki, tədbir zamanı azad edilmiş ərazilərdə Azərbaycana qarşı mina terroru nəticəsində daha bir itki baş verib”, – səfirliyin paylaşımında nəql edilib.

 

Xatırladaq ki, daha əvvəl səfirlik ABŞ Konqresində “Azərbaycanda minatəmizləmə: prioritetlər və çağırışlar” adlı fotosərgi və tədbir keçirildiyinə dair məlumat yaymışdı.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur