06.02.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi - Fotolar

31 yan 2025 20:03
GÜNDƏM
ads
Advertisement

Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2023–2024-cü illərdəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib.

QÜTB.AZ xəbər verir ki, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən iclasda mədəniyyət naziri Adil Kərimli çıxış edərək 2023 və 2024-cü illər üzrə ölkəmizdə mədəniyyətin mənzərəsinə nəzər salıb.

Nazir Mədəniyyət Nazirliyi tərəfindən ötən dövrdə görüşmüş işlər, qarşıda duran vəzifələr və nəzərdə tutulan layihələr barədə məlumat verib. Adil Kərimli çıxışının sonunda Azərbaycan mədəniyyətinə və mədəniyyət xadimlərinə hər zaman diqqət və qayğı göstərən Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

İclasda mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, Fərid Cəfərov və başqalarının müvafiq sahələr üzrə fəaliyyətə həsr olunan məruzələri dinlənilib. Həmçinin Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov NMR Mədəniyyət Nazirliyi tərəfindən 2023–2024-cü illərdə görülmüş işlərə dair məruzə ilə çıxış edib.

Daha sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, ARKA-nın baş direktoru vəzifələrini icra edən Orxan Fikrətoğlu, mədəniyyət nazirinin müşavirləri Cahangir Səlimxanov, Cəsarət Valehov və nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizovun da fəaliyyət sahələri üzrə məruzələri dinlənilib.

Sonda qeyd edilən müddətdə həyata keçirilən, eləcə də nəzərdə tutulan layihələr müzakirə olunub.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
142 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur