Üç çəki dərəcəsində məğlub olmayan dünya çempionu, amerikalı Cervonta Devis (30-0, 28 KO) peşəkar karyerasını başa vurmağa hazırlaşdığını bildirib.
QÜTB.AZ xəbər verir ki, Devis bu barədə mətbuat konfaransında emosional şəkildə bildirib.
“Qarşıdakı ildən sonra boks bitəcək. Hamısı zibildir, mən gedirəm. Boğaza yığılmışam, bezmişəm. Mən kəmərlərə əhəmiyyət vermirəm. Pulumu götürüb getməyi düşünürəm. Yetər. Bu artıq boks deyil. Mənim uşaqlarım var. Təzəcə oğlum doğulub. Həm də başıma zərbə endirmək istəmirəm”, – Devis deyib.
Martın 1-də Nyu-Yorkda (ABŞ) Devis həmyerlisi Lamont Rouç (25-1-1, 10 KO) ilə döyüşəcək.