Rəqqasə Aygün Babayeva şəxsi həyatı haqda heç yerdə danışmadığı açıqlamalar edib.
Publika.az xəbər verir ki,"Xəbərin var?" verilişində qonaq olan rəqqasə ailəli olduğunu və bu evlilikdən oğlu dünyaya gəldiyini bildirib:
"16 yaşında oğlum var. Həyat yoldaşımla ayrılmışıq. Birləşməyimiz mümkün deyil. Gözəl ailəsi var. O da sənət nümayəndəsidir. Hər kəs tanıyır. Kimliyini açıqlamaq istəmirəm. Hər görəndə deyirəm ki, "sənə qurban olaram, necəsən?".