12.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Türkiyə üçün "FÜRSƏT PƏNCƏRƏSİ"

11 yan 2025 21:00
GÜNDƏM
ads
Advertisement

“Ölkəmizin terrora birdəfəlik son qoymaq imkanı var. Biz bunu israf etməyi düzgün hesab etmirik”.

QÜTB.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə Ədalət və İnkişaf Partiyasının (AK Parti) vilayət təşkilatlarının 8-ci qurultayında çıxış edərkən deyib.

O, heç bir terror qruplaşmasının, xaricdən dəstəyi olub-olmamasından asılı olmayaraq, Türkiyənin qətiyyətinə tab gətirə bilməyəcəyini vurğulayıb.

Ərdoğan, Türkiyəyə ziyan vuran və əlli ilə yaxın onun inkişafına mane olan uzunmüddətli imperialist planlarını dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada yerləşən Kürdüstan Fəhlə Partiyasının üzvlərinə ultimatum verib. Onun sözlərinə görə, respublika hakimiyyəti PKK təmsilçilərindən silahlarını yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur