Londonun cənubunda korroziv maddə (kislota) atılması nəticəsində 2-si uşaq olmaqla 9 nəfər yaralanıb.
Publika.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, hadisəni törədən şəxsin kimliyi hələ müəyyən edilməyib.
Biri qadın, ikisi uşaq olmaqla 9 nəfər dinc sakin və 3 polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının yüngül xəsarət aldığı bildirilib.
Detektif Aleksandr Castle polisin insidenti törədən şəxsi tutmaq üçün bütün imkanlardan istifadə etdiyini deyib: "Bu dəhşətli hadisəyə nəyin səbəb olduğunu müəyyən etmək üçün işlərimiz davam edir".
Yerli mətbuatın yazdığına görə, yaralananlardan 3-ü hadisə yerinə kömək üçün gedənlərdir.
London Şəhər Şurasının üzvü Marina Əhməd özünün “X” hesabında yazıb ki, bir nəfər yol-nəqliyyat hadisəsi törədən avtomobildə olan insanlara “kislota” atıb.
Aysel Şahmar