02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Milli Qəhrəmanın həyat yoldaşı xatirələrindən danışdı: "Can deyib, can eşidirdik"

29 dek 2024 21:01
GÜNDƏM
ads

"Can deyib, can eşidirdik, gələcək üçün planlarımız var idi".

QÜTB.AZ xəbər verir ki, bunu II Fəxri xiyabanda ekipaj üzvlərinin dəfnindən sonra Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan təyyarə bələdçisi Hökumə Əliyevanın həyat yoldaşı deyib.

"Şərəfli ölüm qismət oldu. Allah hər birimizə Vətən uğrunda, dövlət uğrunda şəhid olmağı qismət etsin. Hökuməni hər gün işə özüm aparıb gətirirdim. Hadisə baş verdiyi gün səhər 6-da onu işə apardım. Saat 12-də Bakıya geri qayıdacaqdı. Təəssüflər olsun ki, faciə xəbərini sosial şəbəkələrdə gördük. Ondan sonra olanlara da bütün dünya şahiddir. Allah bütün şəhidlərimizə, bu qəzada həlak olanlara rəhmət etsin", - deyə o bildirib.

Ətraflı "Baku" TV-nin süjetində:

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur