2024-cü ilin yanvar ayında Azərbaycanda nəqliyyatçılar 145,6 milyon sərnişinə xidmət göstəriblər.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 9,3 milyon ton yük, 127,5 milyon sərnişin daşınmış və əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 6,7 faiz və 5,9 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 95,4 faizi avtobus, 4,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi isə 6,9 faiz artmışdır.